AZ

Azərbaycanda toy yasa döndü

Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada ölüb.

Editor.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü kənd sakini Telxas Telman oğlu İsrafilov toy mərasimində bıçaq xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılsa da, əməliyyat zamanı vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Qaragüney kənd sakini Xəqani Muradov polis tərəfindən saxlanılıb.

Bildirilib ki, hadisə sərxoş halda olan şəxslərin mübahisəsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
3
editor.az

6Mənbələr