AZ

“Sputnik”in icraçı direktoru sərbəst buraxıldı: Rusiya isə həmyerlimizi azad etdi

Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant”a bildirib.Öz növbəsində Rusiya tərəfi saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

Xatırladaq ki, İqor Kartavıx bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində keçirdiyi əməliyyat çərçivəsində saxlanılmışdı.

Seçilən
24
1
tribunainfo.az

2Mənbələr