AZ

Əminə Yusifqızının vəfatından öncəki son FOTOSU

ain.az bildirir, Bizim media portalına istinadən.

Ötən gün vəfat edən Xalq artisti Əminə Yusifqızının son görüntüsü yayılıb.Bizim.Media xəbər verir ki, mərhum sənətçinin son günlərindən fotonu kolleksiyaçı Siyavuş Əlizadə paylaşıb.O, paylaşıma bu sözləri qeyd edib:

 

“Respublikanın Xalq artisti 89 yaşında vəfat etdi. Deyəsən, mənimlə olan şəkli onun son şəkli oldu... Vəsiyyətinə əsasən də ölümündən sonra paylaşdım... Son zamanlar heç kimi qəbul etmirdi. Amma mənə dedi ki, gəl. Sən elə bir iş görürsən ki, bu fotomuz da muzeyə qoyulası olacaq.

İmzalı vinillər layihəsi çərçivəsində səs yazısı olan "Aşıq Qərib" vinil albomunu imzalamışdı. Biz sadəcə fotolarda yox, Azərbaycan mədəniyyətini tarixə salan insanlardan zamanında dəyərli nümunələri imzaları ilə əbədiləşdiririk. Bir gün biz də olmayacağıq amma onlar qalacaq!”.

Sara, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
3
bizim.media

7Mənbələr