Türd Dövlətləri Təşkilatı (TDT) artıq bir çox dövlətləri və gücləri narahat etməkdədir.
Paralel.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu gün TDT-yə üzv ölkələrinin ÜDM göstəricilərinə görə dünyanın 184 ölkəsi arasında 7-ci yerdə qərarlaşıb. “ Bu gün TDT-yə üzv ölkələrin iqtisadi inkişafı tempi artmaqdadır. Əgər indiki artım tempi belə davam edərsə, o zaman yaxın perspektivdə TDT dünyada 7-ci yerdən 5-ci yerə qalxa bilər. Bunun üçün geniş imkanlar var. Biz elm və texnika ilə yanaşı, türk siviliziyasını inkişaf etdirməklə uğura nail ola biləcəyik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi TDT o zaman vahid güc mərkəzi kimi ortaya çıxacaq”, - deputat qeyd edib.
Mürtəza
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta