"Metronun "Həzi Aslanov" - "Əhmədli" sahəsində interval iki dəfə azaldılıb".
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, artıq "Həzi Aslanov" - "Əhmədli" xətti üzrə hərəkət edən qatarlar pik saatlarda 5, qeyri-pik saatlarda 7 dəqiqəlik intervalla işləyəcək.