AZ

"Əminə Yusifqızının sənət irsi yaddaşlarda daim yaşayacaq" - Mədəniyyət Nazirliyinin rəsmisi

“Bu gün Azərbaycan mədəniyyəti üçün çox ağır bir gündür. Biz xalq artisti, Azərbaycanın sevimli sənətçilərindən, sevimli qiraət ustalarından biri olan Əminə xanımın vida mərasiminə toplaşmışıq". Bu sözləri Əminə Yusifqızı ilə vida mərasimi zamanı SİA-ya açıqlamasında Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

Onun sözlərinə görə, Əminə xanım özündən sonra çox böyük bir məktəb qoyub: "Onun çatdırdığı dəyərlər, deklamasiya etdiyi əsərlər bizim yaddaşımızda daim yaşayacaq. Bizim hər birimizin qulağında onun səsi var: "Anamın gözləri yol çəkirdi..." - Azərbaycan poeziyasının ən önəmli əsərləri məhz onun səsində yadda qalıb. Ümid edirəm ki, Əminə xanımın ruhu şaddır. Biz onu daim xatırlayacağıq. Onun Azərbaycan poeziyasına, sənətinə, mədəniyyətinə verdiyi töhfələr heç zaman unudulmayacaq. Allah rəhmət eləsin, yaxınlarına səbir versin".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
32
1
sia.az

2Mənbələr