Bu fikirləri Newscenter.az-a "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin sədri İlham İsmayılov Düşənbədə baş tutan Əliyev-Putin görüşünü şərh edərkən səsləndirib. ATXƏM sədri deyib ki, Düşənbə görüşünün nəticələri Moskvanın gec də olsa Bakının haqlı irad və tələbləri ilə razılaşması kimi xarakterizə etmək olar:
“Bu Azərbaycanın haqlı mövqeyi, qətiyyətinin Kreml tərəfindən qəbul edilmıəsidir. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Rusiyanın siyasi təcrübəsində indiyə qədər belə bir təcrübə olmayıb ki, yol verdiyi səhvə görə, hansısa ölkədən üzr istəsin. Bu məhz Azərbaycan dövlətinin, Azərbaycan liderinin qətiyyəti, siyasi iradəsi nəticəsində baş tutdu. Elə liderlərinin görüşü zaman onların bədən dilindən də bu aydın şəkildə görünürdü. Azərbaycan Prezidentinin haqlı inciklik jesti, Putinin isə peşmançılıq hissi Düşənbə görüşündə hiss olunurdu. Görüş zamanı Putinin AZAL təyyarəsi ilə bağlı üzrxahlıq etməsi bunun əyani təzahürü idi”.
İlham İsmayılov deyib ki, Azərbaycan bütün yaxın-uzaq ölkələr kimi Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətlərinin imnişaf etdirilməsində maraqlıdır, bu siyasətə sadiqdir:
“Rusiya Azərbaycan üçün mühüm ticarət və enerji tərəfdaşıdır. Hər iki ölkə regionda təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərində sıx təmasdadır. Azərbaycan Rusiya ilə həm ikitərəfli, həm də regional formatlarda əməkdaşlıq edir. Regionda nəqliyyat dəhlizləri, enerji ötürmə yolları, regional əməkdaşlıq baxımından da Azərbaycan Rusiyaya lazımdır. Bütün bu reallıqları qəbul etməklə Rusiya Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətindədir”.
10Mənbələr
-
modern.azMoskva Azərbaycanın tələblərini yerinə yetirir - Rusiyalı politoloq ( 22283659)
-
manset.azAlmaniya mediası prezidentlərin görüşündən yazdı ( 22281619)
-
bizimyol.infoDiplomatik reallıqlar... Bakı və Moskva arasında münasibətlər emosional deyil, strateji maraqlara əsaslanır ( 22273723)
-
baki-xeber.comMoskva bundan sonra Bakı-İrəvan sülh prosesində fərqli rol oynaya bilər... ( 22270309)
-
hafta.az“Rusiya Azərbaycanın düşməni deyil, ancaq dostu da deyil...” - Siyasi şərhçi ( 22260454)
-
demokrat.azBu, Azərbaycanın haqlı mövqeyi, qətiyyətinin Kreml tərəfindən qəbul edilməsidir ( 22254682)
-
missiya.azDüşənbə görüşü: Bakı–Moskva münasibətləri yeni tarixi mərhələyə daxil olur ( 22254544)
-
demokrat.azBu, Azərbaycanın haqlı mövqeyi, qətiyyətinin Kreml tərəfindən qəbul edilmıəsidir ( 22254478)
-
bakivaxti.azƏliyev-Putin görüşü: Moskva ilə Bakı arasında buzlar əriyir ( 22253992)
-
newscenter.azBu, Azərbaycanın haqlı mövqeyi, qətiyyətinin Kreml tərəfindən qəbul edilmıəsidir ( 22253176)