AZ

“Biz Əminə xanımın səsi ilə böyüdük” Brilliant Dadaşova

ain.az, Bizim media portalına istinadən məlumat verir.

“Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının, sənətsevərlərin başı sağ olsun. Biz Əminə xanımın tələffüzü, səsi ilə böyüdük”. Bu sözləri Xalq artisti Brilliant Dadaşova Əminə Yusifqızının vida mərasimində jurnalistlərə açıqlamasında deyib.O, deyib ki, Əminə Yusifqızı şeirləri şairlərin özündən daha təsirli çatdıra bilirdi:“Əminə xanım bizim mədəniyyətimizin yeri dolmayacaq bir qüvvə idi. Mən ilk dəfə Azərbaycan Dövlət Televiziyasına gələndə Əminə xanımı görmüşdüm, heyranlıqla ona baxırdım. Çünki o, özü də bilmədən tələffüzümüzü formalaşdıran insan,  bizə ədəbiyyat müəlliməsi idi. Yeri dolmayacaq birini itirdik”.Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
bizim.media

3Mənbələr