AZ

Bakı Dialoqunun iştirakçıları azad olunmuş ərazilərdə - FOTOLAR

Ötən gün İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, 9-11 oktyabr tarixlərini əhatə edən konfrans çərçivəsində bu gün qonaqların Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığa ziyarəti təşkil edilib.

Daha sonra onlar Şuşa şəhərinə səfər edəcəklər. Tədbir iştirakçılarının Şuşa şəhərində gəzintisi təşkil olunacaq, ardınca onlar vaxtilə azərbaycanlı əsir-girovların saxlanıldıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olacaqlar.

Sabah isə onların Cəbrayıl rayonuna səfəri həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarəti nəzərdə tutulur.

"Cebheinfo.az" 

Seçilən
13
7
cebheinfo.az

8Mənbələr