AZ

SABAH tələbələri Beynəlxalq Astronavtika Konqresində iştirak ediblər

14 ali təhsil müəssisəsindən olan 53 nəfər tələbə, gənc mütəxəssis və alimdən ibarət Milli Elmi Komanda Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində ölkəmizi təmsil edib.

TƏHSİL.BİZ  xəbər verir ki, Azərbaycan Respublikasının Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə nümayəndə heyəti konqresdə kosmik tədqiqatlar, kosmik rabitə və naviqasiya texnologiyaları, həmçinin kosmik təhsil sahələrinə dair məqalələrlə çıxış edib.

Tədbirdə SABAH qrupları tələbələrinin təqdimatlarında kosmik fəaliyyətlərin təhlükəsizliyi, sabitliyi və davamlılığı, Yer müşahidəsi texnologiyaları, kiçik peyk missiyaları və süni intellekt tətbiq olunan tədqiqatlar kimi aktual mövzular müzakirə olunub.

Qeyd edək ki, bu nüfuzlu beynəlxalq konqres kosmik tədqiqatlar sahəsində qlobal əməkdaşlığın və innovasiyaların təşviqi üçün mühüm platforma hesab olunur.

 

 

 

 

 

Seçilən
6
tehsil.biz

1Mənbələr