AZ

Elektrik naqillərinin istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkədə 7 763,8 ton elektrik naqilləri istehsal olunub.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata  əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 10 faiz və ya 707,4 ton artıb.

Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 535,2 ton təşkil edib.

Seçilən
329
6
operativmedia.az

10Mənbələr