AZ

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının işini aparan general sistemdən uzaqlaşdırılıb. 

Bu barədə məlumat Rusiya mənbələrində  yayılıb.

Məlumatda bildirilir ki,  Rusiyanın Sverdlovsk vilayətində azərbaycanlı Şahin Şıxlinski və Səfərov qardaşları ilə bağlı cinayət işini aparan şəxslər ciddi qalmaqalın mərkəzinə düşüblər. Federal Təhlükəsizlik Xidməti (FSB) və Rusiya İstintaq Komitəsinin (RİK) apardığı yoxlamadan sonra Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin rəisi, general-mayor Boqdan Fransişko məzuniyyətə göndərilib – lakin məzuniyyətdən geri dönməyəcəyi bildirilir.

Yoxlamaya səbəb azərbaycanlı Şıxlinski və Səfərov qardaşlarına qarşı aparılan istintaqın tam iflasa uğraması olub. Bu işi aparan dördüncü şöbənin rəhbəri, mayor Yaroslav Kuzvesovun cinayət işi üzrə heç bir ciddi sübut təqdim edə bilmədiyi müəyyən edilib. Mövcud ittiham yalnız işgəncə yolu ilə alınmış etiraf ifadələrinə əsaslanır. Qeyd olunur ki, həmin işgəncələr nəticəsində iki azərbaycanlı həyatını itirib.

photo_5418111427727719219_x.jpg

Məlumata görə, Boqdan Fransişko uzun müddət tabeliyində olan Kuzvesovu Moskvadan gələn yoxlayıcılardan qoruyub. Lakin sonradan onların arasında münaqişə yaranıb – Fransişko istintaqı sürətləndirməyi tələb etdikdə, Kuzvesov iş yerində sərxoş vəziyyətdə dava salıb.

Kuzvesovun həmkarlarının dediyinə görə, o, son aylarda tam nəzarətdən çıxıb və rəhbərini “şantaj” edirmiş: “Yaroslav son zamanlar çox aqressiv idi. Deyirdi ki, əgər onu işdən çıxarsalar, RİK rəhbəri Aleksandr Bastrıkinə hər şeyi çatdıracaq. Əslində onun belə əlaqələrinin olduğuna heç kim inanmırdı, amma Fransişko nədənsə dözürdü və onu vəzifədən azad etmirdi”.

Federal səviyyədə artıq etiraf olunur ki, Şıxlinski və Səfərov qardaşları işi ilə bağlı yanlışlıq olub. Belə bir mənzərə ortaya çıxıb ki, Sverdlovsk İstintaq İdarəsinin rəhbəri Fransişko nə istintaqa, nə də öz tabeliyindəki sərxoş mayorun davranışına nəzarət edə bilib.

WhatsApp

Səfərov qardaşları ilə bağlı Azərbaycanın tələbləri aydındır. Bu cinayəti törədənlər cəzalandırılmalıdır. Yayılan məlumatlardan belə görünür ki, bu istiqamətdə iş başlayıb. Ancaq kimin hansı formada cəzalandırılacağını, yaxud aradan çıxarılacağını zaman göstərəcək…

Musavat.com

Seçilən
18
2
editor.az

3Mənbələr