Dünyanın ən dəyərli milli komandalarının adlarına aydınlıq gəlib. 

Offsideplus.az xəbər verir ki, Fransa milli komandası siyahıya liderlik edir. Fransızların yığmasının dəyəri 1,09 milyard avro dəyərindədir. İngiltərə milli komandası 1,01 milyard avro ilə ikinci, İspaniya isə 966 milyon avro ilə üçüncüdür. Azərbaycan milli komandasına gəlincə, 17,85 milyon avro ilə 96-cı yerdədir. 

Portuqaliya 954 milyon avro ilə dördüncü, Braziliya 914 milyon avroluq heyət dəyəri ilə beşincidir. 

Türkiyə yığması 430 milyon avro ilə 12-ci yerdə qərarlaşıb.