AZ

Afət Fərmanqızı seriala çəkilir? - “Bikar deyiləm, ayın 28 günü toyda oluram”

“Qarabağda klip çəkdirmək üçün hələ istədiyim kimi bir mahnı yoxdur”. 

Bu sözləri məşhur müğənni Afət Fərmanqızı “Cebheinfo.az”-a açıqlamasında deyib. 

Lakin o, gələcəkdə bu arzusunu reallaşdırmaq istədiyini bildirib:

“İndiki vəziyyətdə istədiyim kimi bir mahnı olmadığı üçün hələlik Qarabağda klip çəkdirmək planını təxirə salmışam”. 

Sənətçi film və seriallardan təklif alıb-almadığı barədə suala isə belə cavab verib:

“Film və seriallarda çəkilməyə vaxtım yoxdur. Mən boş-bikar deyiləm. Efirə çıxmağa belə vaxtım yoxdur. Mən ayın 30 gününün 25-26 hətta bəzən 28 günü toylarda oluram”.

Afət Fərmanqızı ailə qurduqdan sonra Rusiyaya köçdüyünü xatırladıb:

“Rusiya dünyanın ən böyük ölkəsidir. Yəni ölkənin bu başından o başına bəzən 8 saat uçuşum olur. Yəni mənə 1 gün bəs etmir. Nə qədər ki, enerjili vaxtlarımdır, məsuliyyətli olaraq işlərimlə məşğul oluram. Tələbat azalanda isə film və seriallarda da çəkilərəm. Onlar boşluqdan yaranan şeylərdir”.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr