AZ

Şahin Şıxlinski həbsdə saxlanıldı

Şahin Şıxlinski həbsdə saxlanıldı

Yekaterinburq və bütün Sverdlovsk vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həbsdə qalacaq.

Bu barədə Lenta.ru-ya region məhkəmələrinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, məhkəmə işin materiallarını nəzərdən keçirib və apellyasiya şikayətinin təmin olunması üçün əsas tapmayıb. Şıxlinski 30 dekabr tarixinədək istintaq təcridxanasında saxlanılacaq.

Əvvəllər vilayət ictimai müşahidə komissiyasının sədri Vladimir Popov bildirmişdi ki, təqsirləndirilən şəxs yerli 1 saylı istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılır. Onun sözlərinə görə, Şıxlinski yaşlı və xəstə insandır, istənilən vaxt təcili tibbi yardıma ehtiyac duya bilər. Popov qeyd edib ki, əgər onun kamerasında başqa biri olsaydı, o, həkimləri çağırmaq və vəziyyəti xəbər vermək imkanına malik olardı.

Şıxlinski günahsız olmasından əmindir və özünü şəraitin qurbanı hesab edir.

Seçilən
7
afn.az

1Mənbələr