AZ

Rusiya teleqram kanallarında Putin–Əliyev görüşü: “dostluq, ehtiyat və şübhə” qarışığı

Ötən gün Prezident İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında Düşənbədə keçirilən görüş Rusiyanın aparıcı teleqram kanallarında geniş müzakirə olunub.

Musavat.com xəbər verir ki, müxtəlif analitik səhifələr bu görüşü fərqli prizmalardan şərh ediblər - bəziləri münasibətlərin normallaşdığını vurğulayıb, digərləri isə fərqli yanaşıblar.

Readovka yazır ki, Prezident İlham Əliyev Düşənbə görüşündə Rusiya ilə münasibətləri “uğurla inkişaf edən” adlandırıb və qeyd edib ki, heç bir yavaşlama və ya geriləmə müşahidə olunmur. Kanalın fikrincə, Əliyevin “liderlərin birgə mesajları cəmiyyət tərəfindən müsbət qarşılanacaq” sözləri Moskva–Bakı münasibətlərinin sabitləşməsinə işarədir.

pppppppppppppppppppppppppppppp.jpg

Kremlevskiy bezBaşennik qeyd edir ki, yayda baş verən həbs hadisələri münasibətləri gərginləşdirmişdi, lakin indi tərəflər normallaşma istiqamətində addımlar atır.

Kanal yazır: “Əsas məsələ aydındır: xoşagəlməz epizod arxada qalıb. Amma bu, hələ tam dostluq demək deyil - çox şey baş verib və elə-belə unudub irəliləmək asan deyil”.

“Мир сегодня с Юрием Подолякой” kanalı bildirir ki, Putin və Əliyevin Düşənbədəki səmimi görüşü iki ölkə arasında “sistemli ziddiyyətlərin” aradan qalxdığını göstərir.

Müəllif hesab edir ki, bu yaxınlaşmada Azərbaycanın Ukraynadakı biznes problemləri, xüsusilə enerji tədarükü ilə bağlı çətinliklər mühüm rol oynayıb.

Россия — не Европа! (Burenkov) isə görüşə tam fərqli prizmadan yanaşır. Kanal iddia edir ki, Türkiyə-Azərbaycan ittifaqı postsovet məkanını Qərbə bağlamaq üçün bir alətdir.

“Putin və Əliyev arasında keçirilən son danışıqlar bu vəziyyəti dəyişməyəcək, Bakı artıq Qərbə inteqrasiyada çox irəli gedib”, – Burenkov yazır.

YURİİ.jpg

Yuriy Barançik isə Moskva ilə Bakının yaxınlaşmasının Rusiyada bəzilərini narahat etdiyini qeyd edir. O xatırladır ki, hazırda Azərbaycanda saxlanılanlar arasında “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və redaksiyanın baş redaktoru Yevgeni Belousov da var.

РИА Катюша kanalı isə daha sərt mövqedən çıxış edərək yazır:

“Əgər sabah Qərb Rusiyaya qarşı döyüşə başlasa, Azərbaycan elitasının neytral qalacağına ümid, yumşaq desək, çox zəifdir. Onlar Rusiyanı parçalayanların sırasında olacaqlar”.

Kanal çıxış yolu kimi “Gürcüstan variantı”nı – Qərbə bağlı olmayan yeni elitanın hakimiyyətə gəlməsini – təklif edir.

Kremlevskiy şeptun hesab edir ki, Prezident İlham Əliyev Rusiyanın izahlarını qəbul edib və istintaqın obyektivliyinə inandığını göstərib. Kanalın fikrincə, onun “rus xalqı dost xalqdır” və “iki ölkə arasında bütün layihələr uğurla həyata keçirilir” sözləri gərginliyin arxada qaldığını nümayiş etdirir.

Temnik isə Əliyevin Rusiyaya münasibətdə “mövqeyini 180 dərəcə dəyişdiyini” yazır. Kanal qeyd edir ki, bu dəyişiklik bir çox amillərlə - Cənubi Qafqazda vəziyyət, Transxəzər layihələrinin gələcəyi, Yaxın Şərq böhranı və Qərb–İran qarşıdurması ilə — bağlıdır.

“Bu fonda çoxları Putinə Bakı kanalı vasitəsilə etibarlı ünsiyyət xətti qurmaqda maraqlıdır”, – kanal vurğulayır.

Musavat.com bildirir ki, bunlar hamısı Rusiyada müxtəlif dairələr tərəfindən idarə olunan kanalların özfəaliyyət, kurslarına uyğun şərhləridir. Real vəziyyəti isə dünən hər kəs gördü. Azərbaycan hər dəfə bəyan edib ki, heç bir qonşusuna qarşı qərəzli, ərazi iddiası yoxdur. Biz sadəcə tapdalanan hüquqlarımızın müdafiəsinə qalxmışıq. İstər masada, istərsə də Qarabağ savaşında...

Musavat.com

Seçilən
15
50
musavat.com

10Mənbələr