AZ

Dursun Özbek: Bu, İkardinin son ilidir, o...

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Qalatasaray"ın prezidenti Dursun Özbek argentiianlı hücumçu İkardi barədə qeyri-müəyyənliyə aydınlıq gətirib.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, o, bu mövsüm müqaviləsi bitəcək 32 yaşlı hücumçu ilə müqavilə imzalanıb-imzalanmayacağı haqqında indidən nəsə deməyin doğru olmadığını bildirib.

 Dursun Özbek klub qərarını mövsümün ortalarına doğru da verə bilər: "Bəli, bu mövsüm İkardinin son ilidir. O, bizə böyük dəyər qatdı. O, çox mükəmməl oyunçudur. Əminəm ki, bu mövsüm də komandaya böyük töhfəni verəcək. Yeni müqavilənin imzalanıb-imzalanmamasına gəldikdə isə, bu, bu gün veriləcək qərar deyil. Klub bu məsələ ilə bağlı qərarını ən tezi mövsümün ortalarına doğru verə bilər".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
mia.az

1Mənbələr