AZ

Qurbanməmmet Elyasov: Azərbaycan və Türkmənistan arasındakı münasibətlər bərabərlik prinsiplərinə əsaslanır

Bakı, 10 oktyabr, AZƏRTAC

Türkmənistanın neytral statusu xarici siyasətinin əsasını təşkil etməyə davam edir və qlobal sabitliyin möhkəmləndirilməsində vacib bir vasitə olaraq qalır.

Bu gün Türkmənistan-Azərbaycan münasibətləri qardaşlıq, qonşuluq və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu münasibətlərin dərin kökləri var. Hər iki xalq ortaq mənşəyə, mədəniyyətə, dilə və qədim tarixi adətlərə malikdir. 30 il ərzində iki ölkə arasında münasibətlər daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki qardaş dövlət regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir və ortaq maraqlar uğrunda əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov ölkəsinin Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda söyləyib.

O bildirib ki, Azərbaycan və Türkmənistan arasında qurulmuş yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanır. Bu münasibətlər dövlət başçıları arasında qarşılıqlı hörmət və vacib siyasi məsələlərə koordinasiyalı yanaşma ilə dəstəklənir. Bu il həyata keçirilmiş yüksəksəviyyəli səfərlərin uğurlu mübadiləsi ölkələrimiz arasındakı dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığın sürətlə möhkəmlənməsinə əlavə təkan verib.

Seçilən
23
azertag.az

1Mənbələr