AZ

Azərbaycanda hakim istefa verdi - SƏBƏB

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb.

Modern.az xəbər verir ki, Anar Sadıqov öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib.

Məhkəmə-Hüquq Şurası məlumatı təsdiq edib.

Şuradan verilən məlumata görə, Anar Sadıqovun istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub: “Ona görə də hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə təqdim edib”. (Mənbə: Gununsesi.info)

Seçilən
1
3
modern.az

4Mənbələr