AZ

Gec yatmaq infarkt və diabet riskini artırır Mütəxəssislərdən xəbərdarlıq

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gec saatlara qədər yatmamaq və səhər gec oyanmaq bir çox insan üçün adi hala çevrilsə də, alimlər bu vərdişin sağlamlıq üçün ciddi təhlükə yaratdığını bildirirlər.

Milli.Az xəbər verir ki, Beynəlxalq Tibb Jurnalında dərc olunan yeni bir araşdırmaya əsasən, "gecə bayquşları" yəni gec yatıb gec oyanan şəxslər ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabetə daha çox meyilli olurlar. Araşdırma göstərir ki, belə şəxslərdə qan təzyiqi və qlükoza səviyyəsinin balansı daha tez pozulur.

Mütəxəssislər qeyd edir ki, orqanizmin bioloji saatı səhər erkən aktivlik üçün proqramlaşdırılıb. Gec yatmaq bu ritmi pozur, nəticədə hormon tarazlığı, metabolizma və ümumi psixoloji vəziyyətə mənfi təsir göstərir.

Həkimlər tövsiyə edir ki, sağlam yuxu rejimi üçün hər gün eyni saatda yatmaq və oyanmaq vərdişi formalaşdırılmalı, ekran qarşısında keçən vaxt azaldılmalı və axşam saatlarında ağır yeməklərdən uzaq durulmalıdır.

Asya

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
news.milli.az

10Mənbələr