AZ

Onlar BDU-nun Prezident təqaüdçüləri oldular - ADLAR

Prezident İlham Əliyev ötən həftə “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, bu il tələbə adını qazanmış 102 nəfərə Prezident təqaüdü veriləcək.

News365.az-ın məlumatına görə, bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən 16-sı Bakı Dövlət Univerisetinin 1-ci kursunda oxuyur. Onların hamısı Hüquq fakültəsinə qəbul olunan gənclərdir.

Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Bu il Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:

Bakı Ali Neft Məktəbi – 36 nəfər
Azərbaycan Tibb Universiteti – 26 nəfər
Bakı Dövlət Universiteti – 16 nəfər
ADA Universiteti – 13 nəfər
Dövlət İdarəçilik Akademiyası – 5 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti – 4 nəfər
Xüsusi təyinatlı ali təhsil müəssisələri – 1 nəfər
Naxçıvan Dövlət Universiteti – 1 nəfər.

Seçilən
1
2
news365.az

3Mənbələr