DÇ-2026-nın seçmə mərhələsinin Avropa zonası üzrə oyunları davam edir. Msport.az xəbər verir ki, bu gün daha 8 oyun olacaq.
E qrupunda mübarizə aparan Türkiyə millisi səfərdə Bolqarıstanın qonağı olacaq. Qrupun digər görüşündə isə İspaniya evdə Gürcüstanla qarşılaşacaq.
F qrupunda Kriştianu Ronaldolu Portuqaliya doğma divarlar arasında İrlandiyanı sınağa çəkəcək.
K qrupu
17:00. Latviya – Andorra
22:45. Serbiya – Albaniya
F qrupu
20:00. Macarıstan – Ermənistan
22:45. Portuqaliya – İrlandiya
İ qrupu
20:00. Norveç – İsrail
22:45. Estoniya – İtaliya
E qrupu
22:45. İspaniya – Gürcüstan
22:45. Bolqarıstan – Türkiyə