AZ

Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq Rəşad Eyyubov

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq”."Football-plus.az" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milıimizin baş məşqçisi Rəşad Eyyubov deyib.O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çexiya yığması ilə keçirilən oyunu (0:5) mətbuat konfransında şərh edərkən həmçinin bildirib:

“İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik”.

Eyyubov bildirib ki, millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtları olur:

“Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.

Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
5
icma.az

10Mənbələr