Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dar ilə telefonla danışıb.
Publika.az-ın məlumatına görə, bu barədə Pakistanın xarici siyasət idarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti və Qəzzadakı humanitar böhranı müzakirə ediblər.