AZ

UNEC in rektoru süni intellekt və təhsilin gələcəyi ilə bağlı fikirlərini bölüşüb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov “Süni intellekt və təhsilin gələcəyi (düşündüklərimiz, oxuduqlarımız, eşitdiklərimiz, gördüklərimiz)” mövzusunda fikirlərini bölüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor gələcəyin təhsil modelinin əsas istiqamətlərindən birinin məhz süni intellekt texnologiyalarının tətbiqi olacağını vurğulayıb. O, süni intellektin təhsildə fərdiləşdirmə, interaktiv öyrənmə, müəllimlərin işini asanlaşdırma, inklüzivlik və gələcək iş bazarına hazırlıq baxımından yaratdığı imkanlardan bəhs edib: “Süni intellekt və təhsilin gələcəyi (düşündüklərimiz, oxuduqlarımız, eşitdiklərimiz, gördüklərimiz), gələcək təhsilin əsas konturları daha aydın görünməyə başlayır və burada əsas amillərdən birinin məhz süni intellekt olacağı artıq qəbul edilir.

1. Təhsilin fərdiləşdirilməsi. Süni intellektin təhsildə ən böyük imkanlarından biri öyrənməni fərdiləşdirmək qabiliyyətidir. Süni intellekt hər bir təhsilalanın güclü və zəif tərəflərini, öyrənmə sürətini təhlil edərək onun üçün fərdi təhsil planı yarada bilir.

2. İnteraktiv öyrənmə. Saatlarla mühazirə dinləmək dövrü artıq geridə qalır. Gələcəyin təhsili interaktiv öyrənmə alətləri ilə zəngin olacaq. Virtual reallıq (VR) və artırılmış reallıq (AR) dərsləri canlandıraraq öyrənməni daha maraqlı edəcək.

3. Süni intellekt - müəllimin köməkçisi. İdarəetmə işlərindən tutmuş təhsilalanlara əlavə dəstək göstərməyə qədər, süni intellekt müəllimlərin vaxtına qənaət edərək onların əsas işi olan öyrətməyə daha çox diqqət ayırmasına şərait yaradır.

4. Əlçatanlıq və inklüzivlik. Təhsilalanlar təhsil imkanlarına bərabər çıxış əldə edirlər. Eyni zamanda, süni intellekt tədris materiallarını müxtəlif dillərə tərcümə edə bilir ki, bu da ana dili fərqli olan təhsilalanlar üçün maneələri aradan qaldırır.

5. Gələcək iş bazarına hazırlıq. Süni intellekt inkişaf etdikcə əmək bazarı da əhəmiyyətli dərəcədə dəyişəcək. Gələcəyin təhsili yalnız ənənəvi fənləri deyil, həm də təhsilalanları süni intellekt ilə idarə olunan dünyada uğurlu olmağa hazırlayan bacarıqları öyrədəcək.

Beləliklə, süni intellekt təhsili daha maraqlı, səmərəli və hamı üçün əlçatan edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
6
azertag.az

10Mənbələr