AZ

Boksçumuzun tarixi uğuru

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Bilalhəbaşi Nəzərov (50 kiloqram) Azərbaycan boks tarixinə düşüb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millinin 18 yaşlı idmançısı Bilalhəbaşi Nəzərov (50 kiloqram) tarixi uğura imza atıb. O, Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında gənclər arasında 2 dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub. Bir il öncə Xorvatiyanın Poreç şəhərində qitənin ən güclüsü adına yiyələnən Nəzərov Ostravada da rəqib tanımayaraq, ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yığmamızın digər üzvləri Zidan Hümbətov (55 kq) və Sübhan Babayev (60 kq) çempionatı 3-cü yerdə başa vurublar.

Çexiyadakı Avropa çempionatı ölkəmizin qız boksçuları üçün də əlamətdar olub. Belə ki, yarışlarda Banuçiçək Nəsirli (48 kq) gümüş, İlkanə Əhmədova (+80 kq) bürünc mükafata yiyələnib.

Qabil YUSİFOĞLUXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr