Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026 seçmə mərhələsində Fransaya 0:3 hesabıyla uduzduqları oyunla bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, Mahmudov əks hücumlarda çətinlik çəkdiklərini bildirib.
“Rəqib çox güclü idi, müdafiədə yaxşı oynamağa çalışdıq, amma Kilian Mbappe bizi rahat keçdi. Əks-hücumlarda çətinlik çəkdik. Yenə də hamı əlindən gələni etdi”, - deyə millinin kapitanı qeyd edib.
Ukrayna ilə qarşıdakı oyuna hazır olduqlarını bildirən kapitan əlavə edib: “Özümüzü bərpa edib, yaxşı hazırlaşacağıq. Baş məşqçimiz Ayxan Abbasov komandaya birlik gətirir, bir ailə kimi oynamağa çalışırıq”.