AZ

Evdə pişik saxlamaq insan sağlamlığına görün necə təsir edir

Evdə pişik saxlamaq insan sağlamlığına görün necə təsir edir

Evdə pişik saxlayan insanların infarkt səbəbindən ölüm riski 33 faiz daha aşağı olur.

AFN.az xəbər verir ki, bu, Minnesota Universitetinin 20 il davam edən araşdırmasının nəticəsində məlum olub. 4 mindən çox şəxsin iştirak etdiyi bu uzunmüddətli tədqiqat pişiklərin insan sağlamlığına əhəmiyyətli təsir göstərdiyini sübut edib.

Kardioloq Mariano Napoli qeyd edib ki, pişiklərlə təmas stress səviyyəsini azaldır, qan təzyiqini və nəbzi normallaşdırır:

“Pişiklər insanın emosional tarazlığını qoruyur, ürək fəaliyyətinə müsbət təsir edir və ömrü uzadır”.

Əvvəllər itlərin ürək-damar sisteminə müsbət təsir göstərdiyi vurğulansa da, son araşdırmalar pişiklərin bu sahədə daha güclü terapevtik təsirə malik olduğunu ortaya qoyub.

Seçilən
77
afn.az

1Mənbələr