AZ

Toydan sərnişin gətirən avtobus mikroavtobusla toqquşdu: Yaralılar var — FOTO

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bələ ki, toydan sərnişin aparan “Mercedes” markalı  avtobusla “Vita” markalı mikroavtobus toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi aşıb.

Qəzada hər iki nəqliyyat vasitəsində olan sərnişinlər yaralanıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

 



Seçilən
68
3
demokrat.az

5Mənbələr