AZ

Zirzəmidən atılmış körpə tapıldı - Araşdırma başladı - YENİLƏNİB

Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə (oğlan) 12.10.2025-ci il tarixində saat 09:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-a TƏBİB-dən xəbər verilib.

Qeyd edilib ki, zəruri instrumental-diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altındadır.

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

Mingəçevirdə zirzəmidən körpə tapılıb.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.

Həmçinin, körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
43
4
news24.az

8Mənbələr