AZ

Mingəçevirdə zirzəmidə körpə tapıldı

Mingəçevirdə zirzəmiyə atılmış körpəni təsadüfən mənzillərdən birində işləyən usta tapıb.

"Unikal"ın məlumatına görə, onun sözlərinə görə, blokun girişindən aşağı düşən zirzəmiyə baxarkən körpəni uzanıqlı və köməksiz vəziyyətdə görüb.

Əvvəlcə usta onun köhnə kukla olduğunu düşünüb, lakin körpənin hərəkət etdiyini görüncə, canlı olduğunu anlayıb.

Dərhal içəri daxil olaraq körpəni qucağına götürüb çölə çıxarıb. Şahidlərin sözlərinə görə, körpənin alnında təzə çapıq xəsarəti olub. Üstü-başı pişik tükləri ilə dolu imiş. Ona su verərək özünə gətiriblər.

Hadisə yerinə polis və həkim briqadası çatıb, körpənin müayinəsi aparılır və ailəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ehtiram Muradov

Seçilən
9
9
unikal.az

10Mənbələr