Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.
"AzəriMed" QSC-yə məxsus “Mercedes Atego” markalı avtomobil arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “Mercedes Atego”-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.