Türkiyə yığmasının qapıçısı Berke Özer milli komandanın düşərgəsini icazəsiz tərk edib.

Offsideplus.az xəbər verir ki, buna səbəb onun dünən keçirilən Bolqarıstan - Türkiyə oyununda (1:6) heyətə daxil edilməməsidir. O, İstanbula qayıdan komanda ilə birlikdə hərəkət etməyib və Fransaya dönüb.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Onun əvəzinə Muhammed Şengezer yığmaya dəvət edilib.

B. Özer bu ilin yayında "Lill"ə transfer olub. 25 yaşlı çərçivə qoruyucusu Fransa klubunun əsas qapıçısıdır.