AFFA-nı sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, Mustafayeva Niderlandın "PSV Eyndhoven Vruven" və Belarusun "Minsk" komandaları arasında keçiriləcək qadınlar arasında Avropa Kubokunun 2-ci təsnifat mərhələsinin oyununda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Cütün qalibi bir oyunun nəticəsində müəyyənləşəcək. Oyun isə oktyabrın 16-da neytral meydançada - Albaniyanın paytaxtı Tiranadakı Futbol Evinin stadionunda təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.
Görüşü Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta