AZ

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti oktyabrın 13-ü axşamdan 14-üsəhərədək Bakıda və Abşeron yarımadasında, 13-dən 14-ü səhərədəkisə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarıvə narıncı xəbərdarlıq verib.

Xidmətdən Trend-ə verilən xəbərə görə, Bərdə, Tərtər,Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan və Ağdamda narıncıxəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdəsarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyinsürəti 13.9-20.7 m/san təşkil edəcək.

Seçilən
50
33
az.trend.az

10Mənbələr