AZ

Tərtərdə iki minik avtomobili toqquşub FOTO

ain.az, Apa.az saytına istinadən bildirir.

Bu gün saat 17:10 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində “Opel” və “Lada” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində “Lada” markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Əliyev Orxan Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Bu zaman xidmətdən kənar vaxtda həmin ərazidə olan Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı, daxili xidmət baş çavuşu Mirişov Elxan Əhməd oğlu dərhal qəza yerinə yaxınlaşaraq sürücünü deformasiyaya uğramış avtomobildən çıxarıb.

O daha sonra yaralıya ilkin yardım göstərib və onu təcili tibbi yardım briqadasına təhvil verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
9
apa.az

10Mənbələr