AZ

DÇ 2026 seçmə mərhələsi: Niderlanddan darmadağın, Farer adalarından növbəti sensasiya

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində dörd qarşılaşma başa çatıb.

Oxu.Az xəbər verir ki, günün ilk matçında San Marino öz meydanında Kiprə uduzub - 0:4.

Niderland doğma azarkeşləri önündə Finlandiyanı eyni hesabla darmadağın edib. Narıncılar qonaqların qapısından 4 cavabsız top keçiriblər - 4:0.

Ötən tur gözlənilmədən Monteneqroya böyük fərqlə qalib gələn Farer adaları bu dəfə Çexiyanı minimal fərqlə məğlub edib - 2:1.

Belarus səfər matçında Şotlandiyaya məğlub olub. Meydan sahibləri 3 xalı 2 qolla qazanıblar. Qonaqların gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa yetib - 2:1.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
1
oxu.az

2Mənbələr