AZ

Razim Abasovun villasına basqın edildi - VİDEO

Oktyabrın 10-da Rusiyanın Krasnoyarsk diyarında Xüsusi Çevik Müdaxilə Qrupunun əməkdaşları və əməliyyatçıları “Monolit Holdinq” tikinti şirkətinin keçmiş rəhbəri, tanınmış iş adamı, parlamentin keçmiş deputatı Razim Abasovun villasına basqın ediblər.

Bakıvaxtı.az xəbər verir ki, xüsusi təyinatlılar villanın qapısını balyoz və mişarla sındırıblar.

Hadisə yerindən çəkilmiş görüntülərdə villa, qarajda “BMW” və “Yaquar” markalı avtomobillər, müxtəlif valyutalarda yığılmış nağd pullar və ən azı “Burberry”dən olan saat əks olunub. 

Dağıstanda doğulan 65 yaşlı Razim Abasov Krasnoyarskda tanınmış iş adamıdır. Onun şirkəti 2000-ci illərin əvvəllərindən Krasnoyarskda bir sıra iri tikinti layihələri həyata keçirib. 2008-ci ildə Abasov şəhər sovetinin deputatı seçilib. Orada iki müddət xidmət edib. 

 

Seçilən
16
5
bakivaxti.az

10Mənbələr