AZ

Ayxan Abbasov onu da Azərbaycan millisinin heyətindən çıxardı

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyununda “23-lük”dən kənarda qalacaq futbolçuların adları bəlli olub.

News24.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında məlumat verib.

Mütəxəssis bildirib ki, sabahkı qarşılaşmada üç futbolçu zədə səbəbindən, Renat Dadaşov isə tam hazır olmadığı üçün iştirak etməyəcək: “Təəssüf ki, İsmayıl İbrahimli və Ceyhun Nuriyev ilk oyunda da yox idi. İsmayıl Fransadakı məşqdə yüngül zədələndi, Ceyhun xəstədir, Renat Dadaşov isə tam hazır olmadığına görə 23-lükdən kənar qalacaqlar”.

Qeyd edək ki, Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna-Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Seçilən
34
6
news24.az

8Mənbələr