Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, C qrupunda Şotlandiya öz meydanında Belarusu qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Eyni qrupda yer alan Danimarka isə evdə Yunanıstanı 3:1 hesabı ilə məğlub edib.
G qrupunda Niderland evdə Finlandiyanı darmadağınla 4:0 hesabı ilə üstələyib. Polşa isə səfərdə Litvanı 2:0 hesabı ilə məğlub edib.
H qrupunda Kipr səfərdə San Marinonu 4:0 hesabı ilə keçib. Rumıniya isə evdə Avstriyanı minimal hesabla 1:0 məğlub edib.
L qrupunda Farer adaları öz meydanında Çexiyanı 2:1 hesabı ilə üstələyib. Xorvatiya isə evdə Cəbəllütariqi 3:0 hesabı ilə məğlub edib.
C qrupu
20:00. Şotlandiya – Belarus - 2:1
22:45. Danimarka – Yunanıstan - 3:1
Xal durumu: Danimarka - 10, Şotlandiya -10, Yunanıstan - 3, Belarus - 0.
G qrupu
20:00. Niderland – Finlandiya - 4:0
22:45. Litva – Polşa - 0:2
Xal durumu: Niderland - 16 , Polşa - 13, Finlandiya - 10, Litva - 3, Malta - 2.
H qrupu
17:00. San Marino – Kipr - 0:4
22:45. Rumıniya – Avstriya - 1:0
Xal durumu: Avstriya - 15, Bosniya və Herseqovina - 13, Kipr - 8, Rumıniya - 7, San Marino - 0
L qrupu
20:00. Farer adaları – Çexiya - 2:1
22:45. Xorvatiya – Cəbəllütariq - 3:0
Xal durumu: Xorvatiya - 16, Çexiya - 13, Farer Adaları - 12, Monteneqro - 6, Cəbəllütariq - 0