AZ

İspaniya Günündə ekofəallar Kolumbun tablosunu boyayla zədələdilər

BAKI, 11 oktyabr. TELEQRAF

İspaniya Günündə aktivistlər Madriddə yerləşən Hərbi Dənizçilik Muzeyində “Kristofor Kolumbun ilk təntənəli qarşılanması” adlı tabloya boya atıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Futuro Vegetal” ekoloji təşkilat "X" sosial şəbəkəsində paylaşım edib.

Fəallar bildiriblər ki, tabloda istifadə olunan boya bioparçalanandır və ətraf mühitə zərərsizdir.

“12 oktyabrın qeyd olunması yüzilliklər boyu yerli xalqların Abya Yalanın (Latın Amerikası) əzilməsi və istismarının simvoludur”, - aktivistlər bildirib.

Muzeyin mühafizəçiləri tabloya boya atan iki qadın fəala dərhal müdaxilə edərək onları saxlayıblar.

İspaniya Millət Günü ölkədə hər il 12 oktyabr tarixində qeyd olunur və Kristofor Kolumbun Amerikanı kəşf etməsinin ildönümünə həsr olunur.

Seçilən
60
teleqraf.com

1Mənbələr