AZ

Şair Əlisəmid Kür vəfat edib


Şair Əlisəmid Kür vəfat edib. Bu barədə mətbuata vəfat edən şairin ailə üzvləri məlumat verib. Məlumata görə, şairin vida və dəfn mərasimi Salyanda olacaq. Qeyd edək ki, Əlisəmid Kür səhhətində yaranan problemlər səbəbindən sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilib. Şairin səhhətində irəliləyiş olmadığına görə o, bir neçə gün öncə ailəsinin razılığı ilə evə buraxılmışdı. Xatırladaq ki, Əlisəmid Cəfərli (Əlisəmid Kür) 8 fevral 1954-cü ildə Salyanda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.

Mətləb

Seçilən
207
6
baki-xeber.com

10Mənbələr