2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha bir milli komanda müəyyənləşib.
Apasport.az xəbər verir ki, Qana yığmasının mundialda iştirak edəcəyi dəqiqləşib.
Otto Addonun rəhbərlik etdiyi kollektiv Afrika zonası üzrə seçmə mərhələnin sonuncu turunda doğma meydanda Komor adalarını 1:0 hesabı ilə məğlub edib. Xallarını 25-ə yüksəldən qanalılar qrupu lider başa vurub və DÇ-2026-da iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
İngilis futbolçu Premyer Liqada klubunu dəyişə bilər
“Fənər”in iki futbolçusu komandadan kənarlaşdırılıb
Suarez karyerasında 600-cü qolunu vurub
Günün canlı yayımlanacaq oyunları
Türkiyə yığmasının qapıçısı komandanı tərk edib