AZ

2030-cu ilədək Şimal-Cənub nəqliiyat dəhlizi ilə ildə 15 milyon ton yükün daşınması təmin ediləcək

Bakı. Trend:

İran, Azərbaycan və Rusiya arasında yükdaşıma, tranzit və enerjisahələrində üçtərəfli əməkdaşlıq Şimal-Cənub Beynəlxalq NəqliyyatDəhlizində iqtisadi həmrəyliyin formalaşması və regionalinfrastrukturların güclənməsinə şərait yarada bilər.

Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqbu gün Bakıda keçirilən Azərbaycan, İran və Rusiya üçtərəfliiclasında deyib.

Onun sözlərinə görə, bu iclas nəqliyyat, yükdaşıma və enerjisahələrində əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətkəsb edir.

İranlı nazir iclasa ev sahibliyi üçün göstərdiyi səylərə görəAzərbaycana təşəkkürünü bildirib.

“İnanıram ki, bu iclasın müsbət nəticələri üç ölkənin nəqliyyat,yükdaşıma və enerji sahələrində əlaqələrinin güclənməsi, tranzitinfrastrukturlarının inkişafı üçün yol xəritəsinə çevriləcək”, -deyə o qeyd edib.

Sadeq bildirib ki, üç ölkənin əməkdaşlığı çərçivəsindəŞimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əhəmiyyət kəsb edir. Budəhlizdə infrastrukturun inkişaf etdirilməsi həmişə birgə işgündəminin bir hissəsi ola bilər. Üçtərəfli Bakı iclasının ilkbəyanatında götürülən hədəfə əsasən, 2030-cu ilədək ildə 15 milyonton yükün daşınması üçün şərait yaradılacaq.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, İran və Rusiyanümayəndələrinin iştirakı ilə üçtərəfli iclas keçirilir. İclasdaŞimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji, gömrük və sairəiqtisadi və ticarət məsələləri müzakirə olunur.

Məqalədə:
Seçilən
110
1
az.trend.az

2Mənbələr