AZ

Ukrayna - Azərbaycan oyununda anşlaq gözlənilmir

BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycan millisinin Polşanın Krakov şəhərində Ukrayna ilə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununa satılan biletlərin sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, "Krakoviya" stadionunda təşkil olunacaq görüşə 6000 bilet satılıb.

Bu barədə "Terrikon" saytı məlumat yayıb.

Arena ümumi olaraq 15 000 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, bu gün keçiriləcək Ukrayna - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Seçilən
17
teleqraf.com

1Mənbələr