AZ

İrandan Azərbaycan istiqamətində PUA göndərildi Dərhal hərəkətə keçildi

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Oktyabr ayının 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Yeni Sabah"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 660 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.  Dördpendirli pizza

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
220
47
yenisabah.az

10Mənbələr