"Kadillak"ın pilotu Valtteri Bottas, 2026-cı ildən etibarən komanda yoldaşı olacaq meksikalı sürücü Sergio Pereslə iş təcrübəsi ilə bağlı gözləntilərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Crash.net" finlandiyalı sürücünün dediklərini belə çatdırıb.
"Düşünürəm ki, o da mənim kimi həyəcanlıdır və gələcəyə ümidlə baxır. Onun bu ilki təcrübəsi fərqli olub. Mənə nisbətən daha az səyahət edib və daha çox ailəsi ilə vaxt keçirib, bu da bəzən faydalı ola bilər, bir növ yenidən enerji yığmaqdır"
O, həmçinin ikili pilot cütlüyü ilə bağlı belə əlavə edib: "Biz yaxşı bir komanda ola bilərik. Əminəm ki, bu iş bir arada yaxşı alınacaq. Lakin hər iki pilot da komandanın maraqlarını ön planda tutaraq, qarşıdakı illərdə bu uğuru əldə etmək üçün əlimizdən gələni edəcəyik."