Vaşinqton, 13 oktyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Misirə səfəri başlayıb.
AZƏRTAC-ın məlumatına görə, onun təyyarəsi Misir qırıcılarının müşayiəti ilə əraziyə daxil olub.
Donald Tramp Şarm-əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.
ABŞ Prezidenti Misirdən əvvəl İsraildə olub və Knessetdə çıxış edib.
Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton