AZ

600 qol, 9 klub, 3 qitə Suaresin əfsanəvi karyerası

Fanat saytına istinadən ain.az xəbər verir.

Futbol tarixinin ən "qorxulu" hücumçularından biri olan Luis Suares karyerasında 600-cü qolunu vuraraq daha bir tarixi uğura imza atıb.

Fanat.Az xəbər verir ki, “El Pistolero” (Tapançaçı) ləqəbli ulduz bu nailiyyətə 9 fərqli klub, 3 qitə və 20 illik karyera ərzində çatıb.

Onun bitib-tükənməyən mübarizə ruhu və qapı qarşısındakı soyuqqanlılığı onu futbol tarixinin ən unudulmaz hücumçularından birinə çevirib.

Suaresin karyera qollarının bölgüsü:

"Barselona": 198 qol

"Ayaks": 111 qol

"Liverpul": 82 qol

Uruqvay millisi: 69 qol

"Atletiko Madrid": 34 qol

"Qremio": 29 qol

"Nasional": 20 qol

"İnter Mayami": 42 qol

"Qroningen": 15 qol

Bu rəqəmlər təkcə statistikadan ibarət deyil - bunlar bir dövrün hekayəsidir. 

Suaresin adı indi artıq yalnız klub səviyyəsində deyil, dünya futbolu tarixi səviyyəsində əfsanələr sırasında yazılıb.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
fanat.az

2Mənbələr