AZ

Əbdülfəttah əs Sisi: Prezident Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qahirə, 13 oktyabr, AZƏRTAC

Prezident Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir.

AZƏRTAC xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə deyib.

Prezident Əbdülfəttah əs-Sisi ABŞ Prezidentinə Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
4
azertag.az

6Mənbələr